Bloomberg: “NATO Moskvaya təzyiqi artırır” | VİDEO

   Bloomberg: “NATO Moskvaya təzyiqi artırır”     | VİDEO
  29 İyul 2025    Oxunub:553
Şimali Atlantika alyansı Ukrayna ilə bağlı Rusiya prezidenti Vladimir Putinə “təzyiqləri gücləndirmək” üçün addımlar atır.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin dərc etdiyi materialda belə deyilir.

“NATO müttəfiqləri həmçinin Putinə təzyiqi artırmaq üçün addımlar atır: Almaniya ABŞ və digər müttəfiqləri ilə birlikdə Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə(HHM) sistemlərinin tədarükü üçün danışıqlar aparır”, - agentlik yazır.

Materialda qeyd olunur ki, Ukrayna bu fonda HHM-i münaqişədə “əsas prioritetlərdən biri” edib.

Bundan əvvəl Çinin “Sohu” qəzetinin yazdığına görə, Berlinin təxribatlarından sonra Putin “ağrılı şəkildə Almaniyanın dişlərinə zərbə endirib”.

Məqalə müəllifinin fikrincə, Almaniyanın siyasəti bu ölkəni demək olar ki, Rusiyanın əsas rəqibinə çevirdi. Hərçənd son vaxtlara qədər ABŞ-nin bu statusa malik olduğu görünürdü.

- Rusiya buna Ukraynadakı döyüş meydanında cavab verdi: Almaniyanın Ukrayna ordusuna təhvil verməyə çalışdığı bir neçə “Patriot” qurğusu məhv edildi və bu, “dişlərə endirilən ağrılı zərbə” oldu”, - müəllif vurğulayır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Putin   təzyiq  



Xəbər lenti